Yeni Zelandiyada yaşayan azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb

Yeni Zelandiyada yaşayan azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb Tofiq Məmmədov 22 ildir bu ölkədə yaşayır
Diaspor
8 Sentyabr , 2017 14:28
Yeni Zelandiyada yaşayan azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Yeni Zelandiyada yaşayan azərbaycanlı Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkisinə qatılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, onun namizədliyini Yeni Zelandiyanın Leyboristlər Partiyası irəli sürüb.

Qeyd edək ki, 22 ildir bu ölkədə yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T.Məmmədov 2014-cü ildə keçirilən parlament seçkilərində də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi