Yuxarı
    Bağlamaq

    Yəməndəki Azərbaycan vətəndaşı: "Atışmalar gecə vaxtı baş verir"

    Sabah bizi aparmaq üçün təyyarə gələcək

    Bakı. 3 aprel. REPORT.AZ/ "Hazırda biz evdəyik və evakuasiya olunmağımızı gözləyirik". Bunu "Report"a telefonla müsahibəsində Yəməndə təhsil alan azərbaycanlı tələbə, 1992-ci il təvəllüdlü Adil İmanquliyev bildirib. 

    Onun sözlərinə görə, hazırda 6 nəfərdən ibarət daha bir azərbaycanlı ailəsi təxliyə olunmasını gözləyir: "Sabah bizi aparmaq üçün Rusiyaya məxsus təyyarə gələcək. Səfirlikdən xəbər gözləyirik".

    A.İmanquliyev həmçinin qeyd edib ki, Azərbaycanın Səudiyyə Ərəbistanı və Yəməndəki səfirliyi daim Azərbaycan vətəndaşları ilə əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır. 

    Azərbaycanlı tələbə bildirib ki, hazırda şəhərdə vəziyyət nisbətən sabitdir: "Gündüz insidentlər olmur, atışmalar əsasən gecə başlayır. Vəziyyət Səudiyyə Ərəbistanı qoşunlarının Yəməndə əməliyyatlara başlamasından sonra gərginləşib".

    Onun sözlərinə görə, hazırda Sanada su təchizatı, elektrik enerjisi və ərzaq məhsulları ilə bağlı problem yoxdur. 

    Azərbaycanlı tələbə vurğulayıb ki, Yəməndə vəziyyət yaxşılaşdıqdan sonra təhsilini davam etdirmək üçün bu ölkəyə qayıtmaq niyyətindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi