Yatsenyuk: "Yəhudi və Azərbaycan diasporları Ukraynada ən fəal diaspora təşkilatlarıdır"

Yatsenyuk: "Yəhudi və Azərbaycan diasporları Ukraynada ən fəal diaspora təşkilatlarıdır" Baş nazir Assambleyaya, xüsusilə də ölkədə yaşayan azərbaycanlılara sosial aktivliyə görə minnətdarlığını bildirib
Diaspor
28 Yanvar , 2015 15:07
Yatsenyuk: Yəhudi və Azərbaycan diasporları Ukraynada ən fəal diaspora təşkilatlarıdır

Bakı. 28 yanvar. REPORT.AZ/ Yəhudi və Azərbaycan diasporları Ukraynada ən fəal diaspora təşkilatlarıdır. Bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk Kiyevdə Holokost faciəsinin 70 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Ukraynada yaşayan xalqları təmsil edən cəmiyyətlərin rəhbərləri ilə görüşü zaman bildirib. 

"Report" Ukrayna Millətlər Assambleyasının (UMA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna hökumətinin başçısı yəhudi və azərbaycanlıların ictimai-siyasi və humanitar sahədə fəaliyyətlərini yüksək qiymətləndirib. 

Görüş zamanı A.Yatsenyuk UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin və  Ukrayna Yəhudi Forumunun rəhbəri Arkadi Monastırskinin humanitar aksiyaların keçirilməsində rolunu xüsusi vurğulayıb. 

Bununla yanaşı, baş nazir Assambleyaya, xüsusilə ölkədə yaşayan azərbaycanlılara göstərdikləri sosial və humanitar aktivliyə görə minnətdarlığını bildirib.

Öz növbsində UMA rəhbəri hökumət başçısına məlumat verib ki, 140-a qədər müxtəlif diaspor strukturlarının daxil olduğu assambleya millətlərarası münasibətlərin inkişafının təbliği, tolerantlıq missiyası və ölkədə yaşayan etnik xalqların hüquqlarının qorunması məsələlərinin tənzimlənməsi ilə məşğul olan xüsusi ekspertlər qrupunu yaradıb: "Biz ölkədə yaşayan etnik xalqlar Ukraynanın gələcəyini sabit görmək istəyirik". 

Son xəbərlər

Orphus sistemi