Yuxarı

​Xorvatiyanın sabiq prezidentləri Azərbaycana səfər edəcək

Sabiq prezidentlər IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Bakı. 2 mart. REPORT.AZ/ Xorvatiya Respublikasının sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç martın 10-11-də Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcəklər. 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətubat xidmətindən "Report"a verilən məlumata görə, komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri müzakirə olunacaq. Bundan başqa, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Stepan Mesiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixlərində Bakı şəhərində DİDK-nin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi