Xarkovda tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi qəfildən vəfat edib

Xarkovda tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi qəfildən vəfat edib Azərbaycanlı iş adamı doğulduğu Naxçıvanda dəfn ediləcək
Diaspor
4 Aprel , 2017 17:35
Xarkovda tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi qəfildən vəfat edib

Kiyev. 4 aprel. REPORT.AZ/ Xarkovda yerli məhkəmənin əməkdaşı, Azərbaycan əsilli tanınmış ukraynalı iş adamı Abuzər Məmmədov dünyasını dəyişib.

Bu barədə "Report"a mərhumun dostu Elçin Orucov xəbər verib.

Ekspertiza ölümün səbəbinin ürək çatışmazlığı olduğunu müəyyənləşdirib.

Mərhumun son iş yeri Xarkov vilayəti Peçeneqi şəhər məhkəməsinin sədrinin köməkçisi vəzifəsi olub.

Aprel 3-də Xarkovun əsas Azerbaycan məscidində onunla vida mərasimi keçirilib. Azərbaycanlı iş adamı dəfn edilməsi üçün doğulduğu Naxçıvana göndərilib.

Qeyd edək ki, mərhum Xarkovda tanınmış iş adamı olub, uşaq evləri və yoxsullara yardım etməklə geniş xeyriyyəçiliklə məşğul olub, mütəmadi olaraq azərbaycanlılara və digər xalqların nümayəndələrinə hüquqi və maddi yardım göstərib. O, həmçinin ukraynalılar arasında böyük hörmətə sahib olub.

Son xəbərlər

Orphus sistemi