Yuxarı

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır

​“Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

R.Hüseynov əlavə edib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi