Yuxarı
    Bağlamaq

    Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib

    Rusiya Federasiyası Ali Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib

    Bakı. 15 may. REPORT.AZ/ Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. 

    "Report" TASS-a istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. 

    Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. 

    Rusiya Ali Məhkəməsinin qərarı hələlik qanuni qüvvəyə minməyib və ÜAK-ın bir ay müddətində apellyasiya şikayəti vermək hüququ var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi