Ulu öndərin xatirəsi Diasporla İş üzrə Dövlət Komitəsində anılıb

Ulu öndərin xatirəsi Diasporla İş üzrə Dövlət Komitəsində anılıb Bakı. 12 dekabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Diaspor
12 Dekabr , 2018 20:21
Ulu öndərin xatirəsi Diasporla İş üzrə Dövlət Komitəsində anılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Qurumdan "Report"a verilən məlumata görə, daha sonra Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə komitə sədri Fuad Muradov deyib ki, dahilər ölmür, onların ancaq doğum günləri olur, Heydər Əliyev də daim bizimlədir.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondunun ulu öndərə həsr etdiyi qısametrajlı sənədli film nümayiş olunub.

Mərasimdə iştirak edən Milli Məclisin deputatı, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, ölkənin inkişafında ulu öndərin misilsiz xidmətlərindən danışıb. O, ulu öndərin 1993-cü ildə parlamentdə gənclərlə keçirdiyi görüş, I Gənclər Forumu, daha sonra ölkənin idman ictimaiyyəti ilə görüşləri ilə bağlı xatirələrini bölüşüb.

Dövlət Komitəsinin sədri Fuad Muradov isə müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycan diaspor siyasətinin formalaşması, xaricdəki soydaşlarımızın təşkilatlanması, komitənin yaradılması istiqamətində əvəzsiz rolundan bəhs edib. O, bu gün ulu öndərin azərbaycançılıq ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Dövlət Komitəsinin sədri, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ulu öndərin zəngin irsinin, ölkəmizin mədəni dəyərlərinin davamlı olaraq təbliğ edildiyini də diqqətə çatdırıb.

Anım mərasimində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən diaspor rəhbəri Aleksandriya Soltanzadə və digərləri çıxış edərək ümummilli liderlə bağlı fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi