Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi vəzifəsinə azərbaycanlı təyin olunub

Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi vəzifəsinə azərbaycanlı təyin olunub Bu barədə qərar Nazirlər Kabinetinin növbədənkənar iclasında qəbul edilib
Diaspor
5 May , 2015 16:32
Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi vəzifəsinə azərbaycanlı təyin olunub

Bakı. 5 may. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlı Roman Nəsirov bu ölkənin Dövlət Fiskal Xidmətinin (DXX) rəisi vəzifəsinə təyin olunub.

"Report" "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Nazirlər Kabineti tərəfindən açıqlanıb. 

Nazirlər Kabinetinin növbədənkənar iclasının yekunlarına görə, DFX-nin sədr müavini vəzifələrinə Konstantin Likarçuk və Sergey Bilan təyin olunub. 

Qeyd edək ki, Roman Nəsirov həmçinin Ukrayna parlamentinin vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədridir. 

Son xəbərlər

Orphus sistemi