Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlıların ilk Koordinasiya Mərkəzi yaradılıb

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlıların ilk Koordinasiya Mərkəzi yaradılıb Mərkəz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində açılıb
Diaspor
31 Dekabr , 2016 08:48
Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlıların ilk Koordinasiya Mərkəzi yaradılıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində Dnepropetrovsk vilayəti və ümumilikdə ölkə ərazisində yaşayan Azərbaycan icmasının ilk və yeganə Koordinasiya Mərkəzi təsis edilərək qeydiyyatdan keçirilib.

"Report" xəbər verir ki, "Dnepropetrovsk Azərbaycanlılarının İctimai Birliyi" adlı mərkəz dekabrın 29-da - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində açılıb.

Mərkəz diasporun inkişafına dəstək göstərməklə yanaşı, həm Dneprin özündə, həm də vilayətin digər vilayətlərində – Krivoy Roq, Kamyansk, Pavloqrad, Nikopolda ictimai, siyasi və iqtisadi həyatda fəal şəkildə iştirak edəcək.

Yeni təşkilatın sədri vəzifəsinə Dneprin tanınmış iş adamı və mesenant Firuz İbrahimov seçilib.

Son xəbərlər

Orphus sistemi