Ukraynanı "Bakı 2015"də təmsil edəcək azərbaycanlı idmançı ilə görüş keçirilib

Ukraynanı "Bakı 2015"də təmsil edəcək azərbaycanlı idmançı ilə görüş keçirilib Tədbirə Ukraynanın 20-ə yaxın xalq və əməkdar artisti qatılıb
Diaspor
4 İyun , 2015 18:25
Ukraynanı Bakı 2015də təmsil edəcək azərbaycanlı idmançı ilə görüş keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ Ukraynanı Bakı 2015 I Avropa Oyunlarında təmsil edəcək idmançılardan biri azərbaycanlıdır və bu ölkədəki Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. 

Diasporla İş Üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ukraynanın qərb bölgəsində - İvano-Frankovsk şəhərində yaşayan və əslən Azərbaycanın Zaqatala rayonundan olan Fyodor Məhəmməd oğlu Xaşalov iki dəfə Avropa, bir dəfə isə dünya çempionluğunu qazanıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, Ukrayna Millətlər Assambleyasının İvano-Frankovsk şəhərində Azərbaycan diasporu ilə təşkil etdiyi görüşdə Fyodor Xaşalov da iştirak edib.

Bakı 2015 I Avropa Oyunlarına həsr olunmuş görüşə həmçinin BUAK-ın İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfov, təşkilatın Zakarpatye üzrə rəhbəri Zakir Göyüşov və qurumun Lvov vilayəti üzrə regional rəhbəri Teymur Məmmədov, o cümlədən, yerli dövlət qurumlarının nümayəndələri də qatılıb. Toplantıda Bakı 2015 I Avropa Oyunları, Azərbaycanın beynəlxalq idman yarışına hazırlığına dair təqdimatlar olub. Daha sonra Ukrayna komandasının tərkibində çıxış edəcək azərbaycanlı Fyodor Xaşalov barədə danışan diaspor nümayəndələri bildirib ki, o, bodibildinq fitnes idman növü üzrə yarışlarda öz gücünü sınayacaq. Bu idman növünün Avropa Oyunlarında rəsmi deyil, sınaq yarışları kimi keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub. Dəfələrlə Ukraynanı beynəlxalq yarışlarda təmsil etmiş Fyodor Xaşalov hazırda İvano-Frankovskda məşqçi kimi çalışır.

BUAK təşkil etdiyi görüş çərçivəsində Azərbaycan diaspor rəhbərlərinin iştirakı ilə xalq mahnılarından ibarət festival keçirilib. Tədbirə Ukraynanın 20-ə yaxın xalq və əməkdar artisti qatılıb.

Son xəbərlər

Orphus sistemi