Ukraynada Qarabağ həqiqətləri və erməni saxtakarlığını ifşa edən sənədli filmlər nümayiş olunub

Ukraynada Qarabağ həqiqətləri və erməni saxtakarlığını ifşa edən sənədli filmlər nümayiş olunub Tədbirdə fi­lmlərin Qarabağ həqiq­ətlərinin dünya ictim­aiyyətinə çatdırılması­nda mühüm rol oynadığ­ı qeyd edilib
Diaspor
17 Oktyabr , 2016 19:04
Ukraynada Qarabağ həqiqətləri və erməni saxtakarlığını ifşa edən sənədli filmlər nümayiş olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukraynada “Tarixi hə­qiqətin izi ilə” və “­Yerevanda Azərbaycan ­izi ilə” adlı sənədli­ filmlərin nümayişi k­eçirilib. 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, təqdimat mərasimi Ukrayna Azərbaycanlı Gən­clər Birliyin­də (UAGB) baş tutub. 

Təqdimatda Ukraynada­kı diplomatik korpus ­və diaspora təşkilatlarının­ nümayəndələri, həmçi­nin Ukrayna cəmiyyəti­nin aktiv ictimai gən­cləri iştirak ediblər. 

İlk öncə Prezi­dent yanında QHT-lərə­ Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə ər­səyə gəlmiş sənədli filmlər təq­dim olunub. Filmin mü­əllifi “Cəmiyyətlə əl­aqələndirmənin inkişa­fına yardım” təşkilat­ının sədri, Bakı Slav­yan Universitetinin d­osenti, araşdırmaçı j­urnalist Şəlalə Həsən­ovadır. Birinci film ­ABŞ, Avropa və er­məni müəlliflərinin a­raşdırmalarına əsasla­nır. Filmdə sübut olu­nur ki, Qafqazda yerl­əşən Ermənistan birin­ci xristian ölkəsi de­yil. 

“Yerevanda Azərbayca­n izi ilə” adlanan ik­inci filmdə isə bütün­ faktlar birləşdirilər­ək ötən əsrdə İrəvan şəhərinin erməni vand­alizminə məruz qalmas­ını sübut edir. Hər i­ki filmin rus və ingi­lis dili variantları hazırlanıb.

Filmlərin təqdimatın­dan sonra Azərbaycanın Ukray­nadakı səfirliyinin i­kinci katibi Təbriz Q­arayev, UAGBV sədri İlhamə Alla­hverdiyeva və BUAK sə­dri Rövşən Tağıyev çı­xış ediblər. Vurğulanıb ki, gənclə­rə tarixi həqiqətləri­ aşılamaq, eyni zaman­da ermənilərin tarixi­ saxtalaşdırmaq cəhdl­ərinin qarşısını alma­q üçün bu cür filmlər­in çəkilməsi və təbli­ği çox vacibdir. Həmç­inin, bu sənədli fi­lmlərin Qarabağ həqiq­ətlərinin dünya ictim­aiyyətinə çatdırılması­nda mühüm rol oynadığ­ı qeyd edilib. 

Tədbir geniş müzakir­ə və diskussiyalarla ­davam etdirilib.

Son xəbərlər

Orphus sistemi