Ukraynada müxtəlif millətlərin iştirakı ilə Xocalı soyqırımı anılıb

Ukraynada müxtəlif millətlərin iştirakı ilə Xocalı soyqırımı anılıb Bakı. 27 fevral. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində Xocalı soyqırımı anılıb.
Diaspor
27 Fevral , 2019 15:22
Ukraynada müxtəlif millətlərin iştirakı ilə Xocalı soyqırımı anılıb
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində Xocalı soyqırımı anılıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovski vilayəti üzrə bölməsindən "Report"a verilən məlumata görə, mərasimdə BUAK-ın vilayət üzrə bölməsinin sədri Nəcəf Əhmədov, vilayətdə Azərbaycanlılar Liqasının sədri Sərxoş İsmayılov, vilayətin Müsəlman İcmasının rəhbəri Ramazan Qurbanov, BUAK-ın vilayət üzrə Ali Məclisinin sədri Süleyman Rəhmanov, diaspor nümayəndəsi Eldar Tağıyev, Müslüm Maqomayev Fondunun rəhbəri Hafiz Aslanov, "Türkiyə-Azəraycan-Ukrayna" Alyansının nümayəndələri və yerli rəsmilər iştirak ediblər.

Vilayətdəki millətlərin nümayəndələrinin də qatıldığı tədbirdə N.Əhmədov Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Daha sonra hadisələri özündə əks etdirən videoçarx nümayiş olunub və bröşürlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi