Yuxarı

Ukraynada milli azlıqlar dövlət qulluqçuları ilə birgə Avropa standartlarının tətbiqini müzakirə edib

Nikolayev vilayətinin Koblevo dənizkənarı ərazisində tələbələrin multi-festivalı baş tutub

Bakı. 5 iyul. REPORT.AZ/ Ukraynada etnik xalqların nümayəndələri ölkənin idarə olunması ilə bağlı dövlət qulluqçıları üçün seminarlar keçirir. 

Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin təşkilatçılığı ilə Dnepropetrovskda "Ukraynada milli azlıqlar üçün Avropa standartlarının tətbiqi" dövlət qulluqçuları üçün iki günlük seminar keçirilib.

Seminar Fridrix Ebert adına alman fondu (Almaniyanın Sosial Demokrat Partiya ilə bağlıdır) və Ukrayna Millətlər Assambleyası tərəfindən təşkil edilib. Seminarın keçirilməsi Dnepropetrovsk Vilayət Dövlət Administrasiyası tərəfindən dəstəklənib. Bu seminar artıq mərkəzi, qərbi, cənubi, indi də Dnepropetrovskda şərqi vilayətlər üçün keçirilmiş tədbirlər qismindən sonuncusu olub. 

Tədbirdə bir sıra vilayətlərin - Luqansk, Donetsk, Poltava, Kirovoqrad, Zaporojye və təbii ki, Dnepropetrovskun və oranın bir çox rayonunun nümayəndələri iştirak ediblər. İştirakçıların əksəriyyəti rayonu və vilayət administrasiyasının, yerli şuraların və təhsil müəssisələrinin işçiləri olub. Seminarda Rövşən Tağıyev, Assambleya rəhbərinin birinci müavini və Ukraynanın Yəhudi Forumunun prezidenti Arkadi Monastırski, mədəniyyət, millətlər və dinlər idarəsinin rəhbəri Nataliya Perşina, Ukrayna Mədəniyyət Nazirliyinin din və etnik məsələlər üzrə departamentinin direktor müavini Mixail Podyuk və Ebert Fondunun Ukraynadakı səlahiyyətli nümayəndəsi Mariya Koval çıxışlar ediblər.

"Milli azlıqlarla iş zamanı müasir çağırışlar və problemləri həll etmək cəhdləri" dəyirmi masası çərçivəsində hər bir iştirakçı yalnız özünü və strukturunu təqdim etmək imkanı qazanmadı, həm də qısaca öz səlahiyyətləri daxilində vəziyyəti təsvir etməyi bacardı. Özü də iştirakçıların əksəriyyəti ciddi ziddiyyətlər və münaqişələrin olmamasına baxmayaraq, bu sahədə ciddi və düşünülmüş iş olmadığını qeyd edib. Dnepropetrovsk şəhər başçısının müşaviri Dneprin təcrübəsini və onun etnik və dini məsələlərə konseptual yanaşmasını təqdim edib. Dövlət qulluqçuları üçün dövlətin etnik siyasəti, Ukraynada milli azlıqların tarixi, multikulturalizm siyasətinin formalaşması, "Regional dillər və azlıqların dilləri üzrə Avropa xartiyası"nın tətbiqi üzrə bir sıra mühazirələr, identiklik, etnostereotip, dövlətin etnosiyasətinin formalaşması və münaqişələrin həlli vasitələri üzrə bir sıra treninqlər keçirilib. Bundan əlavə, Arkadi Monastırski dövlət qulluqçularını planlaşdırma və fandrayzinqin əsasları ilə tanış edib.

İyul ayının 1-dən 3-ə kimi isə Nikolayev vilayətinin Koblevo dənizkənarı ərazisində tələbələrin multi-festivalı baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi