Yuxarı

Ukraynada Azərbaycan diaspor rəhbərinin iştirakı ilə Millətlər Şurası yaradılır

Layihənin praktik həlli üzrə təkliflərin hazırlanması barədə razılaşma əldə olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Ukrayna Mədəniyyət Nazirliyində ölkədə yaşayan millətlərin əksəriyyətini birləşdirən ictimai təşkilatların liderləri, eləcə də dövlət qulluqçuları, hüquqşünaslar və jurnalistlərin iştirakı ilə Millətlər Şurasının yaradılması məsələsi üzrə müşavirə keçirilib. 

Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, müşavirədə nazirliyin Dini məsələlər və millətlər üzrə iş departamentinin direktoru Andrey Yuraş, departamentin direktor müavini Mixail Podyuk, Milli azlıqlar və Ukrayna diasporu şöbəsinin müdiri Vladimir Xodakovski, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Ukrayna Millətlər Assambleyası sədrinin birinci müavini, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski, Ukrayna Milli-Mədəni Birliklər Assosiasiyasının vitse-prezidenti siyasi elmlər doktoru Larisa Loyko, Ukrayna Milli İcmaları Konqresinin icraçı vitse-prezidenti İosif Zisels, Ukrayna Mədəniyyət Nazirliyi İctimai Şurası yanında Milli azlıqlar üzrə Komissiyanın sədri Salman Sadayev, Ukrayna Milli İcmalar Şurasının sədr müavini Emir Valeyev, "Beynəlxalq İttifaq" beynəlxalq təşkilatının İdarə Heyətinin sədri Darya Karyakina çıxış edərək öz fikirlərini bildiriblər. 

Müşavirənin sonunda görülən işin nəticəsi olaraq Ukrayna Mədəniyyət Nazirliyi yanında Millətlər Şurasının yaradılmasının zəruriliyi haqqında qərar qəbul edilib. Eyni zamanda, 2016-cı ilin mart ayında keçiriləcək növbəti iclasa qədər bu layihənin praktik həlli üzrə təkliflərin hazırlanması barədə razılaşma əldə olunub.

Xatırladaq ki, Rövşən Tağıyev eyni zamanda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) rəhbəridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi