​Ukraynada mərhum azərbaycanlı merə heykəl qoyulub

​Ukraynada mərhum azərbaycanlı merə heykəl qoyulub Heykəl xarkovlu heykəltəraş Eldəniz Qurbanov tərəfindən hazırlanıb
Diaspor
21 Yanvar , 2015 03:52
​Ukraynada mərhum azərbaycanlı merə heykəl qoyulub

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Ukraynanın mərkəzində yerləşən Kremençuq şəhərində mərhum azərbaycanlı mer və "Vorskla" futbol klubunun prezidenti Oleq Babayevin xatirəsinə həsr olunmuş heykəltəraşlıq kompozisiyasının açılışı olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, tuncdan hazırlanmış heykəl mərhumun şərəfinə adlandırılan parkda qoyulub.

Heykəl xarkovlu heykəltəraş, əslən Azərbaycandan olan Eldəniz Qurbanov tərəfindən hazırlanıb.

Kompozisiyanın hazırlanmasına büdcədən vəsait ayrılmayıb, bütün xərclər O.Babayevin dostları tərəfindən çəkilib.

Oleq Babayev 2014-cü il iyulun 26-da səhər saatlarında sinəsindən güllələnərək qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi