Ukraynada girov götürülən iki azərbaycanlı iş adamı azad olunub

Ukraynada girov götürülən iki azərbaycanlı iş adamı azad olunub İş adamı evinin qarşısında sərbəst buraxılıb
Diaspor
1 Oktyabr , 2016 14:11
Ukraynada girov götürülən iki azərbaycanlı iş adamı azad olunub

Kiyev. 1 oktyabr. REPORT.AZ/ Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

“Report”un məlumatına görə, Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.

Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Onu da qanunsuz girov götürənlər sərbəst buraxıblar.

Qeyd edək ki, E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.

Son xəbərlər

Orphus sistemi