Ukraynada azərbaycanlıların soyqırımının 100 illiyi kütləvi şəkildə qeyd edilib

Ukraynada azərbaycanlıların soyqırımının 100 illiyi kütləvi şəkildə qeyd edilib Bakı. 3 aprel. REPORT.AZ/ Ukraynada paytaxt Kiyev də daxil olmaqla bir neçə vilayətdə 31 mart -azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı kütləvi tədbirlər keçirilib.
Diaspor
3 Aprel , 2018 11:45
Ukraynada azərbaycanlıların soyqırımının 100 illiyi kütləvi şəkildə qeyd edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Ukraynada paytaxt Kiyev də daxil olmaqla bir neçə vilayətdə 31 mart -azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı kütləvi tədbirlər keçirilib. 

"Report" xəbər verir ki, tədbirlər Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub.

Kiyevdə BUAK sədri, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse prezidenti Rövşən Tağıyev tərəfindən soyqırımın yüz illiyi ilə bağlı yerli deputat və siyasətçilərin iştirakı ilə təqdimat və mərasimlər keçirilib.

BUAK-ın Çernovtsı vilayəti üzrə isə Namiq Əliyevin rəhbərliyi ilə dəyirmi masa keçirilib. Yeli ictimaiyyət nümayəndələrinə soyqırımı ilə bağlı məlumat verilib.

Konqres Odessa şəhərində də soyqırımın 100 illiyi ilə bağlı "dəyirmi masa" keçirib. BUAK-ın Odessa vilayəti üzrə sədr müavini Namiq Talıbov hadisə ilə bağlı məlumat verib. "Dəyirmi masa"da yeli siyasətçilər, ictimaiyyət nümayəndələri də qatılıb. BUAK üzvləri Anar Ağayev, Zaur Səfərov, Fazil Əskərov və digərləri çıxış ediblər.

Eyni tədbir Dnepr şəhərində də keçirilib. BUAK-ın vilayət üzrə sədri Nəcəf Əhmədov tərəfindən keçirilən tədbirdə də yerli ictimaiyyət nümayəndələrinə geniş məlumatlar verilib.

Tədbirlər Xarkovda da BUAK vilayət üzrə sədri Qurban Abbasovun təqdimatı ilə davam edib.

Tədbirlərdə bildirilib ki, 1918-ci ildə martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi