Ukraynada Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə qətlə yetirilib

Ukraynada Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə qətlə yetirilib Azərbaycanlı sahibkarın cəsədini ona məxsus "Mercedes" avtomobilində tapıblar
Diaspor
17 Avqust , 2015 16:30
Ukraynada Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə qətlə yetirilib

Bakı. 17 avqust. REPORT.AZ/ Ukraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən biri olan iş adamı İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, iş adamının cəsədini ona məxsus "Mercedes" avtomobilində tapıblar.

Ukrayna milisinin ehtimalına görə, avqustun 17-nə keçən gecə iş adamı öz avtomobilində Berislavski şossesində icarəyə götürdüyü qaraja yollanıb, burada onu cinayətkarlar gözləyib. 

İş adamının başına küt alətlə üç zərbə vuraraq onu yerə yıxıblar, daha sonra ayaqla zərbələr endirərək üç qabırğasını sındırıblar. Bundan sonra onu avtomobilə qoyaraq cibindən mənzilinin açarlarını götürüb ora yollanıblar.

Şahidlərin sözlərinə görə, mənzildə onlardan sonra hər şey alt-üst olub, cinayətkarlar divanları çevirib, xalçaları yerə endirib. Basqından sonra məişət əşyaları yerində qalıb, lakin nə qədər pul və qızıl məmulatının oğurlandığı məlum deyil. 

İlham Tağıyev Xersonun yerli azərbaycanlılarının mədəni və ictimai həyatında fəal iştirak edib.

Son xəbərlər

Orphus sistemi