Yuxarı
    Bağlamaq

    Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib

    Şamil Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi© Report

    Bakı. 27 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Qoloseevskiy Rayon Məhkəməsinin qərarı ilə qətldə ittiham olunaraq həbs olunan azərbaycanlı gənc psixi dispanserə yerləşdirilib. 

    "Report" xəbər verir ki, Azərbaycan vətəndaşı, əslən Azərbaycanın Şamaxı şəhərindən olan, 1990-cı il təvəllüdlü Feyzullayev Şamil Rayon Məhkəməsinin növbəti qərarı ilə psixi xəstə olması səbəbindən istintaq təcridxanasından psixi dispanserə köçürülüb.

    Azərbaycanlı gənc buna etiraz etsə də, qərar dəyişməyib.

    Ş.Feyzullayev yaşadığı hostelin sakinləri ilə arasında dava nəticəsində ona ünvanlanan ağır təhqirə görə Aleksandr Prixodko adlı yerli gəncə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Xəsarət alan şəxs dünyasını dəyişib. Ş.Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi.

    Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi