Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib

Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib Şamil Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi
Diaspor
29 Dekabr , 2017 15:26
Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Qoloseevskiy Rayon Məhkəməsinin qərarı ilə qətldə ittiham olunaraq həbs olunan azərbaycanlı gənc psixi dispanserə yerləşdirilib. 

"Report" xəbər verir ki, Azərbaycan vətəndaşı, əslən Azərbaycanın Şamaxı şəhərindən olan, 1990-cı il təvəllüdlü Feyzullayev Şamil Rayon Məhkəməsinin növbəti qərarı ilə psixi xəstə olması səbəbindən istintaq təcridxanasından psixi dispanserə köçürülüb.

Azərbaycanlı gənc buna etiraz etsə də, qərar dəyişməyib.

Ş.Feyzullayev yaşadığı hostelin sakinləri ilə arasında dava nəticəsində ona ünvanlanan ağır təhqirə görə Aleksandr Prixodko adlı yerli gəncə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Xəsarət alan şəxs dünyasını dəyişib. Ş.Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi.

Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub.

Son xəbərlər

Orphus sistemi