Yuxarı

Ukraynada Azərbaycan antisemitizmlə mübarizədə nümunəvi ölkə kimi göstərilib

Ukraynada Azərbaycan antisemitizmlə mübarizədə nümunəvi ölkə göstərili

Kiyev. 31 yanvar. REPORT.AZ/ Ukraynada Kiyev şəhər Dövlət Administrasiyasında Holokost Qurbanlarının Beynəlxalq Anma Gününə həsr edilmiş “Altı milyon ürək” adlı tədbir keçirilib.

“Report”un Kiyev bürosunun məlumatına görə, İsrailin Ukraynadakı səfirliyi, Ukrayna Yəhudi Forumu və Ukrayna Millətlər Assambleyasının (UMA) təşkilatçılığı ilə keçirilən tədbirdə xarici diplomatik korpuslarının rəhbərləri, beynəlxalq təşkilatlar, Ali Radanın deputatları, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən UMA prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Holokost soyqırımından danışaraq bildirib ki, tarixdə belə soyqırımı faktlarının baş verməməsi üçün dünya ictimaiyyəti bu cür hallara qarşı amansız mübarizə aparmalıdır. İsrailin Ukrayanadakı səfirliyinin son vaxtlar apardığı araşdırmaya əsasən, Avropada antisemitizmin artdığına cavab olaraq R.Tağıyev bildirib ki, tarixi vətəni Azərbaycanda istər indi, istərsə də tarix boyu antisemitizmə qarşı mübarizə yüksək olub. Tədbir iştirakçıları bunu təqdir ediblər. Bildirilib ki, Azərbaycan millətlərin mehriban birgə yaşayışına, antisemitizmə qarşı mübarizəyə görə digər ölkələrə nümunə statusunu alıb. R.Tağıyev sonra tədbirə qatılan bir ukraynalı ailəni faciədən qurtaran soydaşlarımız - UmudSabir Şirinov qardaşlarını təqdim edib. Onların qəhrəmanlıqları tədbirdə iştirak edən 30-a yaxın səfirin alqışlarına səbəb olub. Daha sonra Şirinov qardaşlarına Ukraynanın mədəniyyət naziri Yevqeniy Nişikunun təşəkkür məktubu və R.Tağıyev tərəfindən Ukrayna Millətlər Assambleyası və BUAK-ın fəxri diplom və hədiyyələr təqdim edib.

Qeyd edək ki, Holokost faciəsi İkinci Dünya (1939-1945) müharibəsi zamanı alman faşistləri tərəfindən yəhudi xalqına qarşı törədilib. Soyqırımı nəticəsində 6 milyon yəhudi həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi