Ukraynada Avropa İttifaqının nümayəndələrinə qurumun Azərbaycanla bağlı qətnaməsinə iradlar bildirilib

Ukraynada Avropa İttifaqının nümayəndələrinə qurumun Azərbaycanla bağlı qətnaməsinə iradlar bildirilib "Avroparlamentin qəbul etdiyi sonuncu qətnamə Ukraynada yaşayan azərbaycanlıların məyusluğuna səbəb olub"
Diaspor
23 Sentyabr , 2015 17:39
Ukraynada Avropa İttifaqının nümayəndələrinə qurumun Azərbaycanla bağlı qətnaməsinə iradlar bildirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqının nümayəndə heyəti ilə bu ölkədə yaşayan azsaylı xalqların nümayəndələri arasında görüş təşkil olunub.

"Report"un xəbərinə görə, görüşdə Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də iştirak edib.

Assambleyadan verilən məlumata görə, Avropa İttifaqı nümayəndə heyətinə qurumun insan haqları üzrə məsul katibi Remi Daflot, etnik ayrıseçkilik məsələləri üzrə şura rəhbəri Çaba Ferensa, siyasi məsələlər üzrə katib Marie Mrazkova, o cümlədən qurumun xarici əlaqələr üzrə idarəsinin əməkdaşı Per İbold daxil olub.

Görüş zamanı çıxış edən müxtəlif xalqların nümayəndələri bildiriblər ki, Ukraynada tolerantlıq səviyyəsi yüksək olsa da, bəzi tədris müəssisələrində ölkədə çoxluq təşkil edən etniklərin dillərinin də tətbiq olunmasında problem var və yerli orqanlar bunu maliyyələşmə ilə əlaqələndirirlər.

Çıxış edən Rövşən Tağıyev isə Avropa İttifaqı nümayəndə heyətinə rəhbərlik etdiyi Assambleya çərçivəsində ölkədəki etnik xalqların fəallığından danışaraq Ukraynada tolerant mühitin olduğunu bildirib. O, həmçinin təəssüflə qeyd edib ki, ölkə qanunvericiliyində etnik xalqların hüquqları ilə bağlı hələ də bəzi çatışmazlıqlar var. R.Tağıyev avropalı qonaqlara sonda irad da bildirib və mübahisə yaranıb: “Burada digər xalqların nümayəndələri kimi, mən həm də Ukraynada yaşayan 300 mindən çox azərbaycanlını təmsil edirəm. Bizim təşkilat bütün regionlarda yaşayan azərbaycanlıları əhatə edir və son günlər Ukraynada yaşayan azərbaycanlılar tərəfindən təşkilatımızın mərkəzi ofisinə dayanmadan ciddi narahatlıqlar ünvanlanmaqdadır. Bu siz avropalıların, daha dəqiq desək Avropa Parlamentinin son vaxtlar bizim vətənimiz Azərbaycana qarşı münasibətilə bağlıdır. Xüsusilə Avroparlamentin qəbul etdiyi sonuncu qətnamə Ukraynada yaşayan azərbaycanlıların Qərb ölkələrinə qarşı məyusluğuna səbəb olub. Sənəddə Azərbaycandakı bir neçə məhkəmə və istintaq işlərinə iradlar bildirilir. Bu məhkəmə orqanlarının işinə müdaxilə hüquqi prinsiplərə əsaslanan Avropanın öz siyasətinə ziddir. Əgər hansısa bir iradları vardısa, bunu tez tələsik Azərbaycanı hədələyən qətnamə ilə yox, Avropa Məhkəməsinin prinsiplərinə hörmət etməklə münasibət bildirmək olardı”.

Görüşdən sonra Aİ rəsmiləri azərbaycanlıların müraciətlərini ünvanına çatdıracaqlarına söz veriblər.

Son xəbərlər

Orphus sistemi