Yuxarı

​Ukrayna Hökümət Təşkilatları Assosiasiyası bəyanat yayıb

Qaregin Ter Arutunyana Yerevan şəhərində heykəl ucaldılması etirazlara səbəb olub

Bakı. 19 iyul. REPORT.AZ/ Ukrayna Qeyri - Hökümət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlıetiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət KOmitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a bildirilib ki, bəyanatda Qaregin Njdenin faşist ordusu sıralarında fəaliyyəti barədə məlumat verilib və bildirilib ki, Ermənistan Parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqilliyi yolunda mübarizə aparan milli qəhraman və vətənpərvər şəxs kimi təqdim edib.

“Nasist ideologiyasını və Holokos faciəsini araşdırmış professor Efraim Zurov “The Jerusalem Post” qəzetində Njdenin həqiqətən nasistlərlə əməkdaşlıq etdiyini, Krımda və Qafqazda erməni legionunun komandirlərindən biri olduğunu qeyd edib. O bildirib ki, nasistlərlə birgə II Dünya Müharibəsinin gedişində kütləvi qırğınlarda iştirak edib Njdeyə heykəl qoyulmasını qınamalı, nasistlərlə əlbir olan və 3-cü reyxə kömək edənlərə qarşı çıxış etməliyik. Yerevanda Njdenin adını daşıyan, prospekt, meydan, metro stansiyası və həmçinin Sunik rayonunda bir kənd mövcuddur. Bu da nasistlərə qarşı mübarizə aparmış və həlak olmuş müharibə iştirakçılarının xatirəsinə təhqirdir” - deyə bəyanatda qeyd olunub.

Bəyanatda Ukrayna Qeyri- Hökümət Təşkilatları Assosiasiyası nasist ideologiyasının təmsilçisi olmuş Nidenin erməni xalqının qəhrəmanı kimi təbliğ edilməsini pisləyib, eləcə də Ukrayna ictimaiyyətini bu məsələyə münasibət bildirməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi