Ukrayna prezidentinin Babiy Yar soyqırımı ilə bağlı yaratdığı Təşkilat Komitəsinə azərbaycanlı da daxil edilib

Ukrayna prezidentinin Babiy Yar soyqırımı ilə bağlı yaratdığı Təşkilat Komitəsinə azərbaycanlı da daxil edilib Təşkilat Komitəsinin rəhbəri isə ölkənin baş naziri Vladimir Qroysman təyin edilib
Diaspor
8 İyul , 2016 20:22
Ukrayna prezidentinin Babiy Yar soyqırımı ilə bağlı yaratdığı Təşkilat Komitəsinə azərbaycanlı da daxil edilib

Bakı. 8 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən törədilən Babiy Yar qırğının araşdırılması məqsədi ilə Təşkilat Komitəsi yaradıb. 

"Report"un Ukrayna Prezidentinin rəsmi saytına istinadən veridiyi xəbərə görə, faciənin 75 illiyi münasibəti ilə yaradılan Təşkilat Komitəsinə ölkənin tanınmış siyasətçilərindən və ictimai xadimlərindən ibarət 64 üzv seçilib. Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi də təşkilat komitəsinə daxil edilib. Təşkilat Komitəsinin rəhbəri isə ölkənin baş naziri Vladimir Qroysman təyin edilib.

Təşkilat komitəsi bu faciəni araşdıracaq və əldə olunan nəticəni hüquqi qiymət verilməsi üçün ölkə qanunverici orqanına, o cümlədən beynəlxalq təşkilatlara göndərəcək. 

Qeyd edək ki, Babiy Yar hadisəsi 1941-ci il sentyabrın 29-da Kiyev yaxınlığındakı eyni adlı ərazidə baş verib. Nasislər burada 100 mindən çox yəhudi, qaraçı və ruhi xəstəni edam ediblər.

Son xəbərlər

Orphus sistemi