Yuxarı

Ukrayna Millətlər Assambleyası Azov dənizindəki hadisə ilə bağlı bəyanat yayıb

Ukrayna Millətlər Assambleyası Azov dənizindəki hadisə ilə bağlı bəyanat yayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyası (UMA) Azov dənizindəki hadisə ilə bağlı bəyanat yayıb.

Təşkilatdan “Report”a bildiriblər ki, sənəddə həmin hadisələr BMT Nizamnaməsinin və Dəniz Hüququ Konvensiyasının, Azov dənizi və Kerç boğazının istifadəsi ilə bağlı əməkdaşlıq müqaviləsinin pozulması kimi dəyərləndirilir.

“Mövcud vəziyyəti aradan qaldırmaq üçün hər cür diplomatik və siyasi tədbirlərin görülməsinin vacib olduğu qənaətindəyik. Ukraynanın bütün siyasi qüvvələrini, milli cəmiyyətlərini ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün birlik və həmrəyliyə çağırırıq. Ukrayna Millətlər Assambleyası lazım gələrsə, Prezidentin, Ali Radanın, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi vəziyyətin tətbiqi barədə qərarlarını dəstəkləyəcək”, - bəyanatda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi