Yuxarı
    Bağlamaq

    Ukrayna azərbaycanlılarının növbədənkənar xüsusi toplantısı keçirilib

    Toplantıya ölkənin müxtəlif vilayətlərindən diaspor liderləri toplaşıb

    Bakı. 20 mart. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşkilatçılığı ilə ölkədə yaşayan azərbaycanlıların Dnepropetrovsk şəhərində növbədənkənar toplantısı keçirilib. 

    BUAK-dan "Report"a verilən məlumata görə, toplantıya ölkənin müxtəlif vilayətlərindən diaspor liderləri, Ukrayna Azərbaycanlıları Təşkilatı və digər fəal azərbaycanlılar toplaşıb. 

    BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyev çıxış edərək BUAK-ın Dnepropetrovsk vilayəti üzrə sədrinin dəyişdiyini, Nəcəf Əhmədovun vilayət üzrə yeni sədr seçildiyini açıqlayıb.

    O qeyd edib ki, son illər Ukraynada yaşayan azərbaycanlılar BUAK ətrafında sıx birləşir və yeni fəal sferaya keçir. R.Tağıyev Ukraynanın ictimai-siyasi həyatında, o cümlədən inzibati sferada azərbaycanlıların genişlənməsindən, ölkəyə BUAK-ın fəaliyyəti nəticəsində investorların cəlb olunaraq azərbaycanlıların rəsmi miqyasda diqqət çəkməsindn danışıb.

    BUAK-ın yeni inkişaf strategiyası proqramı açıqlanıb. Bunlar Ukraynada yaşayan azərbaycanlıların birinci qurultayının təşkil olunması, ölkədə təhsil alan və yaşayan azərbaycanlı gənclərin Ukrayna ictimai-siyasi həyatına inteqrasiyası və bu məsələdə Azərbaycan diasporunun dəstək mexanizminin hazırlanmasından ibarətdir. Eyni zamanda strategiyada Ukraynada yaşayan Azərbaycan vətandaşlarının və təhsil alan azərbaycanlı tələbələrin konstitusiyaya uyğun olaraq, aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasına Prezident seçkilərində iştirakı ilə bağlı diasporun üzərin düşən vəzifə də yer alıb. Strategiyanı BUAK Odessa vilayəti üzrə sədr müavini Namiq Talıbov açıqlayıb. 

    BUAK-ın Dnepropetrovsk vilayətinin yeni sədri Nəcəf Əhmədov da azərbaycanlıların vahid ideya ətrafında daha sıx birləşməsinin zəruriliyindən bəhs edib. 

    Konqresin vilayət üzrə keçmiş sədrinin isə fəaliyyəti dəyərləndirilib. 

    Bundan başqa, Poltava vilayət deputatı Fəxrəddin Muxtarov, Dnepropetrovsk vilayət deputatı Qoşqar Muxtarov, "Azərbaycan Dəmir Yolları" QSC-nin Odessadakı nümayəndəsi Natiq Nağıyev, diaspor fəalı Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Aysel Nağıyeva və başqaları da çıxış edərək yeni planlar ətrafında təkliflərini bildiriblər. Bildirilib ki, Ukraynada yaşayan azərbaycanlıları tarixi vətənlərində son 25 ildə baş tutan güclü inkişafa əsasən siyasi hakimiyyəti dəstəkləyir və gələcəkdə də bu kursu dəstəkləyəcəklər. 

    Toplantıda Azərbaycanın Ukraynadakı səfiri də iştirak edib.

    Ardınca Dnepropetrovsk şəhərinin mərkəzində yerli rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə Novruz bayramı münasibətilə genişmiqyaslı tədbir keçirilib. Ukraynanın azərbaycanlı xalq artisti Qurban Abbasovun ifaları dinlənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi