​ÜAK Ulyanovsk şəhərində xeyriyyə aksiyaları keçirib

​ÜAK Ulyanovsk şəhərində xeyriyyə aksiyaları keçirib ÜAK nümayəndələri Ulyanovskda yerləşən "Qnyozdışko" uşaq evini də ziyarət ediblər
Diaspor
24 Mart , 2015 15:31
​ÜAK Ulyanovsk şəhərində xeyriyyə aksiyaları keçirib

Bakı. 24 mart. REPORT.AZ/ "Ümumrusiya azərbaycanlıları konqresi" (ÜAK) Ümumrusiya İctimai Təşkilatı Novruz bayramı ilə əlaqədar olaraq Rusiya Federasiyasının Ulyanovsk şəhərində xeyriyyə aksiyası keçirib. 

"Report"un "Ümumrusiya azərbaycanlıları konqresi"nə istinadən verdiyi xəbərə görə, martın 21-də ÜAK-ın regional şöbəsinin nümayəndələri Ulyanovskun Heydər Əliyev adına 78№-li məktəbində olublar.
Görüş zamanı ÜAK Ulyanovsk 
vilayəti uzre sədri İslam Hüseynov şagirdlərə bizim milli bayramımız olan Novruz bayramının rolundan və azərbaycan xalqı üçün önəmindən danışıb. 

Şagirdlər və konqress nümayəndələri məktəbin həyətində yerləşən Azərbaycan Tarixi və Mədəniyyəti Muzeyində görüşüblər. Şagirdlərə bayram münasibətilə hədiyyələr təqdim edilib.
Uşaqlar öz növbəsində qonaqlar üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər. Onlar Novruzun tarixi, adət-ənənələrimiz haqda məlumat verib, şeir söyləyib, kiçik səhnəciklər nümayiş ediblər. Azərbaycan mətbəxi haqqında məlumat verən uşaqlar qeyd ediblər ki, belə bayram günlərində ənənəvi olaraq bizim milli yeməklərimizi hazırlayırlar.
Qeyd edək ki, 2010-cu ildə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həmin məktəb fondun hesabına yenidən qurulub. 2014-cü ildə təhsil ocağına Heydər Əliyevin adı verilib.
Bununla yanaşı, ÜAK nümayəndələri Ulyanovskda yerləşən "Qnyozdışko" uşaq evini də ziyarət ediblər.
Azərbaycan diasporasının nümayəndələri burada tərbiyə alan uşaqları bayram münasibətilə təbrik edib, onlara milli şirniyyatlarımızı və idman qurgularını hədiyyə ediblər.
"Baxmayaraq ki, biz Rusiyada yadaşıyırıq və bu ölkənin vətəndaşıyıq, öz adət-ənənələrimizi qoruyub saxlamışıq və milli bayramımızı müxtəlif tədbirlərlə, konsert proqramları ilə qeyd edirik. Biz uşaq evlərində oluruq, insanlara sevinc bəxş edirik", - deyə yerli şöbənin sədri İ.Hüseynov bildlrib.
Uşaq evindəkı bayram tədbiri uşaqların və qonaqların iştirakı ilə çay süfrəsi arxasında başa çatıb.
Xatırladaq ki, fevralın 23-də Böyük Vətən Müharibəsinin 70-iiliyi şərəfinə ÜAK-ın Ulyanovsk şöbəsi "Xalqlar Dostluğu" kuboku uğrunda mini-futbol üzrə turnir təşkil edib. Turnirə 20-dən çox milli komanda qatılıb.
Mayın əvvəlində təşkilat həmçinin Böyük Vətən Müharibəsindəki qələbəyə həsr edilmiş aksiya keçirmək fikrindədi. Bu gün münasibətilə həmçinin üzərində "Böyük Vətən Müharibəsindəki qələbənin 70-illiyi şərəfinə" yazılmış 100-dən çox şarın havaya buraxılması nəzərdə tutulur.
Mayın 10-da isə Qələbənin 70-illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad günü münasibətilə konsert proqramları təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi