ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirə olunub

ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirə olunub "Hansısa qüvvələr iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə çalışır"
Diaspor
7 Aprel , 2017 12:10
ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirə olunub

Bakı. 7 aprel. REPORT.AZ/ “Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar hər kəsi narahat edir”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, burada hansısa qüvvələr iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə çalışır: “Azərbaycan Rusiya ilə dost ölkədir. Azərbaycanda 300-dən artıq rus məktəbi fəaliyyət göstərir. Yəni, Azərbaycanın Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətləri normaldır. Qeydiyyatın ləğv olunması ilə bağlı məsələ narahatedicidir. Araya girən başa düşməlidir ki, Azərbaycan Rusiya ilə münasibətləri inkişaf edən xətt üzrə edir”.

Deputat Zahid Oruc da məsələ ilə bağlı narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi