Yuxarı
    Bağlamaq

    Türkiyənin İzmit şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

    İstanbul. 20 yanvar. REPORT.AZ/ Türkiyənin İzmit şəhərində Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb.

    "Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, mərasimdə dərnək üzvləri, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. 

    Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub. Daha sonra yanvarın 19-dan 20-nə keçən geçə lentə alınan görüntülərin yer aldığı “20 Yanvar” sənədli filmi nümayiş etdirilib. 

    Mərasimi giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan tarixinin qanla yazılmış, qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə hər il yada salındığını xatırladıb və "Qanlı Yanvar" faciəsində qəhrəmancasına şəhid olanların əziz xatirəsinin türk xalqının da qəlbində daim yaşayacağını bildirib.

    Tədbirdə çıxış edən "Türk ocakları" Kocaeli şöbəsinin sədri Yücel Alpay Demir Türkiyə Azərbaycan dostluğunun və qardaşlığının zaman – zaman tarixin sınaqlarından keçdiyini deyib: “Biz əsrlərdir əl-ələyik. 28 ildir baş verən faciəni ürəyimizdə yaşadırıq. 20 Yanvar hadisəsi Azərbaycan tarixində faciə olmaqla yanaşı, müstəqillik yolunda bir dönüş nöqtəsi oldu”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi