Yuxarı

​Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Tədbirdə tələbələr, elm və incəsənət xadimləri, diaspor nümayəndələri və s. iştirak ediblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Ötən gün Türkiyənin paytaxtı Ankarada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir təşkil olunub.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Ankarada təhsil alan azərbaycanlı tələbələr, elm və incəsənət xadimləri, çox sayda diaspor nümayəndələri, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı prezident İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Ardından səfirliyin müşaviri Ramil Qurbanov, təhsil müşaviri Nəcibə Nəsibova və Hacettepe Universitetinin professoru Yusuf Bayraktar çıxış edərək birliyimizin əhəmiyyətini xatırladan Həmrəylik gününün önəminə toxunublar.

Tədbirdə musiqi proqramı nümayiş etdirilibvə iştirakçılara ziyafət təşkil olunub.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun Həmrəylik gününə həsr etdiyi məqaləsi Türkiyədə ingilis dilində çıxan “Daily Sabah” qəzetində dərc olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi