Yuxarı

Türk və Azərbaycan diasporu Berlində izdihamlı yürüş keçirib

Aksiyada on min insan iştirak edib

Bakı. 27 aprel. REPORT.AZ/ Türk və Azərbaycan diasporu Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımı iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, on minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb. Daha sonra şəhərin küçələri ilə davam edən aksiya Brandenburq qapıları yanında sona çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənlik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi erməni yalanlarını əks etdirən türk və alman dillərində plakatlar tutublar.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar da səsləndirib. Əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən Türk Federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi