Bakı. 26 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstan Azərbaycanlıları
“Report” Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, üzərində “Xocalıya ədalət!” yazılmış geyimlərdə olan iştirakçılar əllərində Azərbaycan və Gürcüstan bayraqları, plakatlar tutaraq mərkəzi küçələrlə hərəkət ediblər. Aksiya zamanı "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı - əsrin soyqırımı!" , “Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun”, “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” kimi şüarlar səsləndiriblər.
Gün ərzində azərbaycanlı gənclər şəhər sakinlərinə və qonaqlara Xocalı soyqırımı haqqında məlumatların çap olunduğu bukletlər paylayaraq insanları Xocalıda baş verənlər barədə məlumatlandırmağ
200-dək insanın iştirak etdiyi aksiya insidentsiz başa çatıb.