Tbilisidə tanınmış azərbaycanlı xeyriyyəçiyə həsr olunmuş tədbir keçirilib

Tbilisidə tanınmış azərbaycanlı xeyriyyəçiyə həsr olunmuş tədbir keçirilib Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyeva həsr olunmuş tədbir keçirilib.
Diaspor
4 May , 2019 19:03
Tbilisidə tanınmış azərbaycanlı xeyriyyəçiyə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyeva həsr olunmuş tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə A.M. Nağıyevin yaxınları, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.

Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa babasının həyat və fəaliyyəti barədə danışıb.

O, 28 ilə yaxındır babasının fəaliyyətini araşdırdığını bildirib: “Bakıda 11 milyonçu olub ki, onların arasında ən varlısı babam olub. Ağa Musa Nağıyev 98 bina tikdirib və onların 76-sının siyahısını tərtib etmişəm. Bu günə qədər babam haqqında 7 kitab yazmışam. Hazırda 8-ci kitab üzərində iş aparıram”.

D.Nağıyeva qeyd edib ki, A.M.Nağıyeva həsr olunmuş sənədli film çəkilir: ““Milli Dəyələrin Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsində “Nurlu əməllər” adlı layihə udub. Dünəndən sənədli filmin çəkilişlərinə start verilib. Filmin rejissoru Etibar Məmmədovdur. Ekran əsərində Ağa Musa Nağıyevin Azərbaycan Xalq Cumhuriyyətinə göstərdiyi maliyyə dəstəyi barədə söz açılacaq. Filmdə mənimlə yanaşı 4-5 millət vəkilinin də Bakı milyonçusu haqqında müsahibələri yer alacaq”.

Tədbir çərçivəsində D.Nağıyevanın müəllifi olduğu və Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr olunmuş “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabı da təqdim olunub.

Sonda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və digər ziyalılar “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi adından “Ağamusa Zirvəsi” diplomu ilə təltif olunublar. 

Son xəbərlər

Orphus sistemi