Tbilisidə "Dünya azərbaycanlıların palitrası" kitabının təqdimatı keçirilib

Tbilisidə "Dünya azərbaycanlıların palitrası" kitabının təqdimatı keçirilib Tədbirdə bildirilib ki, kitab bir neçə dilə tərcümə olunaraq dünyada yayımlanacaq
Diaspor
14 İyul , 2017 13:07
Tbilisidə Dünya azərbaycanlıların palitrası kitabının təqdimatı keçirilib
Report.az

Tbilisi. 14 iyul. REPORT.AZ/ Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində iyulun 14-də "Dünya azərbaycanlıların palitrası" kitabının təqdimatı olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Əliyeva Leyla tədbiri açaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitabda müəllifin diasporla bağlı müxtəlif KİV-lərdə dərc olunan müsahibələrin bir hissəsi əksini tapıb.

Ümumiyyətlə kitabda dünyanın 5 qitəsində məskunlaşmış soydaşlarımızdan alınmış 170 müsahibə yer alıb. Kitab dörd fəsildən ibarətdir.

Nəşrin müəllifi, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, kitabı hazırlamaqda məqsəd dünyada yaşayan azərbaycanlılar arasında əlaqələri inkişaf etdirmək, onların birliyini daha da möhkəmləndirməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elçin Məmmədov qeyd edib ki, bu kitab dünya azərbaycanlılarının daha sıx təşkilatlanmasinda mühüm əhəmiyyət kəsb edir.

Digər çıxış edənlər kitabın hazırlanmasını yüksək qiymətləndiriblər.

Tədbirdə bildirilib ki, kitab bir neçə dilə tərcümə olunaraq dünyada yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi