Tbilisidə AXC-nin elan edildiyi binanın tarixinə həsr olunan tədbir keçirilib

Tbilisidə AXC-nin elan edildiyi binanın tarixinə həsr olunan tədbir keçirilib Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi və hazırda Gənclər Sarayı kimi fəaliyyət göstərən binanın tarixinə həsr olunan tədbir keçirilib.
Diaspor
1 İyun , 2019 14:41
Tbilisidə AXC-nin elan edildiyi binanın tarixinə həsr olunan tədbir keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi və hazırda Gənclər Sarayı kimi fəaliyyət göstərən binanın tarixinə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi şəhər şurasında baş tutan tədbir 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tbilisi Şəhər Şurasının sədr müavini Marika Darçia bildirib ki, mərasimin keçirilməsində məqsəd yeniyetmə və gəncləri Gənclər Sarayının tarixi barədə məlumatlandırmaqdır.

Tədbirdə binanın tarixini əks etdirən fotoşəkillər sərgilənib. İştirakçılara binanın tarixi, orada baş verən tarixi hadisələr barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, 1918-ci ildə həmin binada Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yarandığı elan olunub.

Tədbirin sonunda Gənclər Sarayına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi