Bakı. 22 dekabr. REPORT.AZ/ Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatına yeni rəhbər seçilib.
"Report" Tatarıstanın "Xalqlar Dostluğu Evi"nə istinadən xəbər verir ki, ümumi açıq səsvermədə Kazan şəhərindən olan iş adamı Bəşir Bəşirov təşkilatın yeni sədri seçilib.
Yeni sədrin seçimi təşkilatın hesabat-seçki konfransında baş tutub. Konfransda Tatarıstan azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətlərinin nümayəndələri, eləcə də təşkilatın fəaliyyətində fəal iştirak edən 66 nümayəndə iştirak edib.
Muxtariyyətin əvvəlki rəhbəri Sübhan Əhədzadə könüllü olaraq səlahiyyətlərini təhvil verib.