Tatarıstan Xalqlar Dostluğu Evinin rəhbəri Dövlət Komitəsində görüş keçirib

Tatarıstan Xalqlar Dostluğu Evinin rəhbəri Dövlət Komitəsində görüş keçirib Bakı. 23 oktyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib.
Diaspor
23 Oktyabr , 2018 19:25
Tatarıstan Xalqlar Dostluğu Evinin rəhbəri Dövlət Komitəsində görüş keçirib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qonaqlara Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla, diaspor təşkilatları ilə iş qurumun xüsusi diqqətindədir. Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 700 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 3 milyonadək azərbaycanlı yaşayır. Onların arasında olan yüzlərlə alim, ziyalı, iş adamı öz fəaliyyəti ilə yaşadıqları ölkənin elminə, iqtisadiyyatına töhfə verməkdədir. Soydaşlarımızın milli kimliyini qoruyaraq yerli cəmiyyətə inteqrasiyasının qarşıda duran əsas vəzifələrdən biri olduğu qeyd edilib.

İrek Şaripov, öz növbəsində, Tatarıstanda müxtəlif xalqların diaspor təşkilatları üçün yaradılan imkanlardan bəhs edib. Buradakı Azərbaycan diasporunun uğurlu fəaliyyəti, icma üzvlərinin respublikanın ictimai-siyası, mədəni həyatındakı iştirakı, qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr haqqında danışıb. Qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərminaovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, Kazan Universitetində işləmiş azərbaycanlı tarixçi-alim Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib.

Eyni zamanda türkdilli xalqların diasporlarının əməkdaşlığı çərçivəsində Azərbaycan-Tatarstan əlaqələrinin genişləndirilməsi zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə əməkdaşlığı gücləndirməli, birgə mədəni və ictimai tədbirlər təşkil etməlidirlər. Bu məqsədilə müxtəlif səviyyədə qarşılılqlı səfərlərin təşkil edilməsi qərara alınıb.

Sonda xatirə hədiyyələri təqdim olunub. 

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi