Sverdlovsk vilayət məhkəməsi Azərbaycan diasporuna Yekaterinburqda məscidin inşasına icazə verib

Sverdlovsk vilayət məhkəməsi Azərbaycan diasporuna Yekaterinburqda məscidin inşasına icazə verib Diaspor rəhbəri: "Bütün tikinti işlərini 1,5-2 il ərzində yekunlaşdıracağımıza ümid edirik"
Diaspor
29 Sentyabr , 2016 10:28
Sverdlovsk vilayət məhkəməsi Azərbaycan diasporuna Yekaterinburqda məscidin inşasına icazə verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Yaxın bir neçə il ərzində Yekaterinburqda məscid olacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, "Azərbaycan" ictimai təşkilatı Sverdlovsk vilayətinin Tikinti Nazirliyinə qarşı məhkəmədə qaldırdığı işi qazanaraq, məscid tikintisi hüququ əldə edib.

Vilayətin Tikinti Nazirliyi dövlət ekspertizasının rəyinin olmasını bəhanə gətirərək ictimai təşkilata tikinti hüququ vermirdi. Şikayətçi tərəf isə məhkəməyə müraciət edərək, qanunla belə sənədin sahəsi 1,5 min kv.m.-dən artıq olan tikililər üçün lazım olduğunu, məscidin isə cəmi 400 kv.m. sahə tutacağını bildirib.

"Sentyabrın 27-də məhkəmə Tikinti Nazirliyinin imtinasının qanunsuz olduğuna dair qərar qəbul edib. Başqa sözlə, icazə alan kimi, məscidin tikintisinə başlayacağıq. Bütün tikinti işlərini 1,5-2 il ərzində yekunlaşdıracağımıza ümid edirik", - deyə Sverdlovsk vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bildirib.

Son xəbərlər

Orphus sistemi