Sorğu: Gürcüstan azərbaycanlılarının 68%-i işsizdir

Sorğu: Gürcüstan azərbaycanlılarının 68%-i işsizdir Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir.
Diaspor
21 May , 2019 13:10
Sorğu: Gürcüstan azərbaycanlılarının 68%-i işsizdir

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

NDI sorğunu bu ilin 28 mart - 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb.

Son xəbərlər

Orphus sistemi