Yuxarı
    Bağlamaq

    Sofiyada TÜRKSOY-un Novruz konserti keçirilib

    Konsertə Türk dünyasının 10 ölkəsindən 70 sənətçi qatılıb

    Sofiya. 5 aprel. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və bu ölkədə akkreditə olunan Azərbaycan, Türkiyə və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Türk dünyasının rəngləri” adlı konsert keçirilib.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, konsertdə Altay dağlarından Balkanlara, Sibiridən Türkiyəyə qədər olan Türk dünyasının 10 ölkəsindən 70-ə yaxın sənətçi iştirak edib.

    Musiqiçilərin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb, rəqs ansambıllarının rəngarəng Novruz çıxışları isə onlara xoş anlar yaşadıb.

    Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kasseinov, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, eləcə də Türkiyə və Qazaxıstan səfirləri iştirak edib.

    Bolqarıstanın Plovdiv şəhərində də “Türk dünyasının rəngləri” şüarı altında təşkil olunacaq konsert proqramı ilə TÜRKSOY-un Novruz turu başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi