Yuxarı
    Bağlamaq

    Smolenskdə II Dünya müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərinin xatirəsi yad edilib

    Onun nəşi Dolq axtarış qrupu tərəfindən aşkar edilmişdi

    Moskva. 19 fevral. REPORT.AZ/ Smolenskdə II Dünya müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərinin xatirəsi yad edilib. 

    Azərbaycanın Rusiyadakı səfirliyindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, onun nəşi "Dolq" axtarış qrupu tərəfindən aşkar edilmişdi.

    Mərasimdə 101-ci atıcı diviziya əsgərlərinin qohumları da iştirak edib. Onlar arasında azərbaycanlı yefreytor İbiş Mirzəyevin də qohumları olub.

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sərəncamına əsasən, əsgərin qohumlarına tədbirdə iştirak etməyə kömək edilib və onlar 75 il sonra müharibədə həlak olmuş əcdadlarının məzarını ziyarət edə biliblər.

    Qeyd edək ki, 2017-ci il sentyabrın 21-də 26 əsgərin nəşi Smolensk vilayətinin Demidov rayonunun Lobanovo kəndində kütləvi məzarlıqda basdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi