Yuxarı

Səfir: "İran və Azərbaycanın dəmir yolları bu ilin sonunda birləşə bilər"

Yolların tikintisi üzrə işlərin 90%-i yekunlaşıb

Bakı. 2 iyun. REPORT.AZ/ "İran və Azərbaycanın dəmir yolları bu ilin sonunda birləşə bilər".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında deyib.

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin tikintisi haqqında danışan səfir Azərbaycan tərəfdən dəmir yolu xəttinin tikintisi üçün lazımi işlərin getdiyini və bu işlərin sürətlə həyata keçirildiyini bildirib.

O, həmçinin yolların tikintisi üzrə işlərin 90%-nin yekunlaşdığını, İran, Azərbaycan və Rusiya dəmiryolçuları arasında müntəzəm əlaqənin saxlanıldığını vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi