Yuxarı

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Azərbaycana gələcək

Şefik Caferoviç VII Qlobal Bakı forumunda iştirak edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüblər.

Mərkəzdən “Report”a verilən məlumata görə, görüşdə mərkəzin fəaliyyəti, gələcək planları ilə bağlı müzakirələr aparılıb.

Bosniya və Herseqovinanın Avopaya inteqrasiya siyasətinin əhəmiyyəti, mərkəzin bu sahədə həyata keçirdiyi işlər yüksək qiymətləndirlirilib. Şefik Caferoviç mərkəzin Bosniya və Herseqovinada və regionda həyata keçirdiyi layihələrin sülhün, təhlükəsizliyin möhkəmlənməsi, mədəniyyətlərarası dialoqun dərinləşməsinə xidmət etdiyini bildirib. Görüşdə mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumu ilə bağlı da fikir mübadiləsi aparılıb. Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç forumda iştirak edəcəyini bildirib.

Xatırladaq ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirdə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi