Yuxarı

Sədr: “Diasporla İş üzrə Dövlət Komitəsində daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb”

Sədr: “Diasporla İş üzrə Dövlət Komitəsində daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb”
© Report/ Elchin Murad — Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Bakı. 5 iyul. REPORT.AZ/ “Diasporla İş üzrə Dövlət Komitəsində daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə komitə sədri Fuad Muradov deyib.

O bildirib ki, sədr təyin olunduğu aprel ayından indiyədək müsbətə doğru bir sıra addımlar atılıb: “Komitə media nümayəndələri ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqda maraqlıyıq”.

F.Muradov xatırladıb ki, komitə bir sıra xarici ölkələrdə görüşlər keçirib.

O bildirib ki, komitənin yeni loqosu, himni və diaspor xəritəsi hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi