Yuxarı
    Bağlamaq

    Sədr: Çalışmalıyıq ki, Komitəyə bizim xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək

    Bakı. 9 may. REPORT.AZ/ "Prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib".

    "Report"un məlumatına görə, bu sözləri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə deyib.

    O bildirib ki, Komitədə mütləq qaydada kadr dəyişikliyi olacaq: "Həmçinin bu istiqamətdə bizim ciddi işlərimiz gedir. Çalışırıq ki, Komitənin işində yeni istiqamətlər olsun. Yeni kadrlar müxtəlif dilləri bilməlidir. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".

    F.Muradov qeyd edib ki, Diaspora işi tək xaricdə yaşayan azərbaycanlılarla deyil, həm də ölkəmizdə yaşayan xaricilərlə bağlı olmalıdır: "Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, Komitəyə bizim xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kim yeni tələbləri, yanaşmaları qəbul edəcəksə, onlar işini davam etdirəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi