Yuxarı
    Bağlamaq

    ​Sakarya Universitetində Xocalı soyqırımının qurbanları anılıb

    Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib

    Bakı. 26 fevral. REPORT.AZ/ Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyi Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar konfrans təşkil edib. 

    “Report” Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı konsulu Seymur İlyaslı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Sakarya Universitetinin müəllim və tələbələri iştirak edib.

    Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyinin sədri Aliq Bağırov Xocalı haqqında qısa məlumat verdikdən sonra çıxış edənlər Xocalı soyqırımının müxtəlif coğrafiyalarda yaşayan Türk xalqlarını bir araya gətirəcək faciəvi hadisə olduğunu deyiblər. Konfransda Xocalı soyqırımını törədən Ermənistan Silahlı Qüvvələrinin yalanlarının birdəfəlik ifşası üçün Azərbaycan və Türkiyənin daha sıx fəaliyyətinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, 1918-ci ilin mart qırğınları və Xocalı soyqırımını törədən ermənilərin vəhşilikləri əsla unudulmamalıdır.

    Konfransda digər türk xalqlarının qarşıladığı problemlərdən də bəhs olunub, 23 il əvvəl Xocalıda baş verənlərin bu gün Şərqi Türkustan və Kərkükdə törədildiyi vurğulanıb. Gələcəkdə bütün bu problemlərin yaşanmaması üçün gənclərin tarixi daha dərindən öyrənməsinin vacibliyi qeyd olunub.

    Konfransda həmçinin Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb, Türkiyə parlamentinin Xocalı soyqırımını tanıyacağına ümid ifadə olunub. Tədbirdə “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti barədə çıxışlar olub. Bildirilib ki, məhz bu kampaniyanın nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyıqırımı tanıdılıb və qəbul edilib.

    Çıxışlardan sonra Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib və konfransda çıxış edənlərə təşəkkür plaketləri təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi