Sabiq prezidentlər regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Sabiq prezidentlər regionda təhlükəsizlik məsələlərini müzakirə edib Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub
Diaspor
9 Yanvar , 2015 16:27
Sabiq prezidentlər regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Mərkəzin regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlığın təmin edilməsi layihəsi çərçivəsində Ukrayna və Türkiyədə səfərdə olub.

"Report" xəbər verir ki, Ukrayna səfəri çərçivəsində Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Ukraynanın eks-prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşərək müzakirələr aparıb. Boris Tadiç həmçinin ölkənin xarici işlər naziri Pavlo Klimkin, Kiyev meri Vitaliy Kliçko ilə də görüşlər keçirib, Ukraynanın Diplomatiya Akademiyasında mühazirə oxuyub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Boris Tadiç Türkiyə səfəri zamanı isə sabiq həmkarı, Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdullah Güllə görüşüb. Görüş zamanı Mərkəzin beynəlxalq fəaliyyəti, o cümlədən bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub.

Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırılması, eləcə də dünyada təbliği məqsədilə 2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti dünyanın nüfuzlu ictimai-siyasi xadimlərindən ibarətdir. Qurum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində forum və toplantılar təşkil edib.

Son xəbərlər

Orphus sistemi