Rusiyanın Pskov şəhərində Novruz bayramı qeyd olunub

Rusiyanın Pskov şəhərində Novruz bayramı qeyd olunub Tədbirdə Azərbaycan musiqiləri və rəqsləri ifa edilib
Diaspor
19 Mart , 2017 22:40
Rusiyanın Pskov şəhərində Novruz bayramı qeyd olunub

Bakı. 19 mart. REPORT.AZ/ Martın 19-da Rusiyanın Pskov şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Novruz bayramını qeyd edib.

"Report"un məlumatına görə, təşkilat sədri Rauf Mehdiyev öz həmyerlilərini təbrik edərək bildirib ki, "bu gün hər kəs öz incikliyini unudur və küsənlər barışır".

Şəhər meri İvan Setserski də Azərbaycan diasporunun nümayəndələrini bayram münasibəti ilə təbrik edib:

"Sizinlə birgə bu bayramı qeyd etmək mənim üçün xoş ənənə halını almaqdadır".

O, diaspor nümayəndələrinə şəhər həyatında fəal iştiraklarına görə minnətdarlığını bildirib və Pskov Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Rauf Mehdiyevə təşəkkür məktubu təqdim edib.

Rauf Mehdiyev, öz növbəsində şəhər rəhbərinə Azərbaycan haqqında kitab və ənənəvi milli xonça təqdim edib.

Gecədə milli mahnılar səsləndirilib, Azərbaycanın xalq rəqsləri ifa olunub.

Son xəbərlər

Orphus sistemi