Yuxarı
    Bağlamaq

    Rusiyanın azərbaycan diasporasının nümayəndələri Bakıda yanğında həlak olanların xatirəsini yad edib

    Rusiyanın azərbaycanli gəncləri və diasporun nümayəndələri Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini yad edibl

    Bakı. 21 May. REPORT.AZ/ Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndələri mayın 19-da Bakıda baş vermiş faciə nəticəsində həlak olanların xatirəsini yad edib və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi binasının divarları önünə çiçəklər düzüblər.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, toplaşanlar Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və RAGB idarə heyətinin üzvü Emin Hacıyev dəhşətli faciə nəticəsində həlak olanların və zərərçəkənlərin ailələrinə başsağlığı verib və əmin olduqlarını bildiriblər ki, təhqiqatın yekunları üzrə bütün müqəssirlər layiqli cəza alacaqlar.

    Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev yaşayış binasında baş vermiş yanğınla əlaqədar yaradılmış dövlət komissiyasının üzvlərinə faciənin səbəblərinin araşdırılması, onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə zamanı zərərçəkənlərə və həlak olanların ailə üzvlərinə yardım göstərilməsi barədə tapşırıqlar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi